“Sumqayıt Tekstil”in avadanlıqları 30 faiz aşağı qiymətlə hərraca çıxarılır

“Sumqayıt Tekstil”in avadanlıqları

“Sumqayıt Tekstil” MMC-nin balansında olan müxtəlif istehsal və tikiş avadanlıqları bu gün hərraca çıxarılacaq. Əmlakların ümumi başlanğıc satış qiyməti 601 min manatı ötür.

Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.

Hərraca ümumilikdə 5 lot üzrə 269 ədəd avadanlıq çıxarılır. Ən yüksək başlanğıc qiymət digər tikiş avadanlıqlarına məxsusdur. 89 ədəd avadanlıq 334 min 371,80 manatdan təklif olunur.

Cütləmə və burucu avadanlıqlarının 10 ədədi 119 min manat, 51 ədəd toxucu avadanlığı 91 min 683,20 manat, 118 ədəd tikiş avadanlığı isə 20 min 767,60 manat ilkin qiymətlə satışa çıxarılır. Bir ədəd buxar aparatının başlanğıc qiyməti 35 min 700 manatdır.

Qeyd edək ki, əmlaklar dördüncü dəfə təkrar hərraca çıxarılır və bu dəfə qiymətləri 30% aşağı salınıb.

.