Məşhur telekommunikasiya nəhəngi “Nokia” “Enterprise Campus Edge” biznes bölməsinin “AURELIUS” investisiya şirkətinə satılması ilə bağlı yekun müqavilə imzalayıb. Sövdələşmənin maliyyə şərtləri və satış məbləği açıqlanmayıb.
Razılaşmanın 2027-ci ilin birinci yarısında yekunlaşacağı gözlənilir. Bu addım “Nokia”nın qeyri-profil aktivlərini optimallaşdırmaq və diqqətini əsas strateji istiqaməti olan telekommunikasiya avadanlıqlarının istehsalına yönəltmək strategiyasının tərkib hissəsidir.
Şirkətin rəsmi bəyanatına əsasən, “AURELIUS”un idarəçiliyinə keçdikdən sonra “Enterprise Campus Edge” biznesi daha böyük müstəqilliyə malik ayrıca struktur kimi fəaliyyətini davam etdirəcək. Yeni idarəetmə modelinin biznes bölməsinə daha aydın müəyyən edilmiş strateji inkişaf istiqaməti üzrə fəaliyyət göstərməyə imkan verəcəyi bildirilir.
Sövdələşmə “Nokia”nın biznes portfelinin yenidən qurulması və əsas fəaliyyət sahələrinə diqqətin artırılması istiqamətində atdığı addımlardan biridir.
MONETAR.AZ