“Volkswagen”in Müşahidə Şurası dünya üzrə əlavə 50 min iş yerinin ixtisarını nəzərdə tutan transformasiya planını təsdiqləyib. Bu barədə şirkətin yaydığı press-relizdə bildirilib. Konsernin rəhbəri Oliver Blume planı “Volkswagen Group-un gələcəyi üçün güclü siqnal” adlandırıb. Xəbərin ardından şirkətin səhmlərinin qiyməti 7,9% artıb.
Təsdiqlənən plan şirkətin 89 illik tarixində ən genişmiqyaslı yenidənqurma tədbiri hesab olunur. Dəyişikliklər Almaniyadakı dörd zavoda da təsir edəcək. Növbəti onillik ərzində həmin müəssisələrin avtomobil istehsalı üzrə sifarişsiz qalması mümkündür. Tədbirlər konsernə idxal rüsumları, istehsal güclərinin artıqlığı və Çin avtomobil istehsalçılarının artan rəqabəti ilə mübarizə aparmağa kömək etmək məqsədi daşıyır.
Şirkət rəhbərliyi həmkarlar ittifaqları və holdinqin ikinci ən böyük səhmdarı olan Aşağı Saksoniya hökuməti ilə birbaşa qarşıdurmadan yayınmağa nail olub. Tərəflərin mövqeyinin əksinə olaraq, qərarların keçirilməsi üçün mümkün vasitə kimi qiymətləndirilən səhmdarların növbədənkənar yığıncağının keçirilməsi məsələsi hələlik təxirə salınıb.
Əldə olunan razılaşma konsernin strukturunun sadələşdirilməsini və əksəriyyəti işçilər və region nümayəndələrindən ibarət olan Müşahidə Şurasının mühüm qərarlara təsir imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutur.
MONETAR.AZ