Dövlət mülkiyyətinə keçirilmiş malların növbəti gömrük hərracı 2026-cı il iyulun 9-da saat 11:30-da keçiriləcək.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında təşkil olunacaq.
Hərraca üç adda əmlak çıxarılacaq. Satışa təqdim edilən mallar bunlardır:
- Kovrolit – 234 ədəd (rulon), start qiyməti 38 664,50 manat, beh məbləği 1 933,23 manat, iştirak haqqı 193,32 manat;
- Ayaqaltılar – 3 600 ədəd, start qiyməti 39 347 manat, beh məbləği 1 967,35 manat, iştirak haqqı 196,74 manat;
- Xalça – 7 656 ədəd (rulon), start qiyməti 65 072 manat, beh məbləği 3 253,60 manat, iştirak haqqı 325,36 manat.
Qüvvədə olan qaydalara əsasən, gömrük orqanlarının və Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların əməkdaşları, eləcə də onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa və ya dolayısı ilə əldə edə bilməzlər.
MONETAR.AZ