“Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
MONETAR.AZ xəbər verir ki, yığıncaq 10 avqust 2026-cı il tarixində saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 13X ünvanında yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
“Xətai-Rabitə-Tikinti” ASC-nin Müşahidə Şurasının 3 illik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar sədr və üzvlərin yenidən seçilməsi;
-
Cəmiyyətin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi;
-
Digər məsələlər.
Bildirilib ki, səhmdarlar ümumi yığıncağın gündəliyinə daxil edilmiş məsələlərin materialları ilə iş günləri saat 10:00-dan 18:00-dək cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncağın keçiriləcəyi ünvan: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 13X.