“Xiaomi Corp” şirkəti 2027-ci ildə Avropanın elektromobil bazarına çıxışa hazırlıq çərçivəsində Almaniyanın səkkiz avtodiler qrupu ilə ilkin saziş imzaladığını açıqlayıb.
Çin şirkətinin bildirdiyinə görə, Almaniya dilerləri ilə imzalanan qarşılıqlı anlaşma memorandumları gələn il “Xiaomi” avtomobillərinin Avropa bazarına çıxarılması üçün mühüm başlanğıc nöqtəsi olacaq.
“Xiaomi” Almaniyadakı tərəfdaşlıqların ardınca Avropanın digər ölkələrində də yeni əməkdaşlıqlar qurmağa davam edəcəyini bildirib.
MONETAR.AZ