Avropa İttifaqının qaz anbarlarının doluluq səviyyəsi 65 faizə çatıb

Avropa İttifaqının qaz anbarlarının doluluq səviyyəsi

Avropa Komissiyasının sözçüsü Anna-Kaysa İtkonen bildirib ki, Avropa İttifaqında təbii qaz anbarlarının doluluq səviyyəsi ümumi tutumun təxminən 65%-nə çatıb.

Onun sözlərinə görə, Aİ-nin təbii qaz bazarının vəziyyətini qiymətləndirən Qaz Əlaqələndirmə Qrupu dünən növbəti iclasını keçirərək mövcud ehtiyat səviyyəsini və qış mövsümünə hazırlıq vəziyyətini müzakirə edib.

İclasın yekununda qrup üzv dövlətlər üçün qüvvədə olan tövsiyələrin dəyişdirilməməsi barədə qərar qəbul edib. Bu isə Avropa Komissiyasının hazırkı şəraitdə qış mövsümünə hazırlıq strategiyasında əlavə düzəlişlərə ehtiyac görmədiyini göstərir.

MONETAR.AZ