Azərbaycan Avropaya gündə orta hesabla 32 milyon kubmetr qaz ixrac edib

Azərbaycan Avropaya gündə orta hesabla

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 8,6 milyard kubmetr təbii qaz ixrac edilib.

Monetar.az xəbər verir ki, Energetika Nazirliyinin məlumatına əsasən, bu dövrdə Avropaya gündəlik orta hesabla 31,5 milyon kubmetr qaz göndərilib.

Avropaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% azalıb.

Hesabat dövründə Azərbaycanın ümumi qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bu, gündəlik orta hesabla 67,4 milyon kubmetr qaz deməkdir. Ümumi ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% artıb.

Türkiyəyə 7 milyard kubmetr qaz ixrac olunub. Bu, gündəlik orta hesabla 25,5 milyon kubmetr təşkil edir. Türkiyəyə ixrac illik müqayisədə 4,1% azalıb. TANAP kəməri vasitəsilə Türkiyəyə 4,2 milyard kubmetr qaz göndərilib ki, bu da gündəlik orta hesabla 15,3 milyon kubmetrdir. Bu istiqamətdə ixrac 2,3% azalıb.

Gürcüstana ixrac təxminən 1,6 milyard kubmetr təşkil edib. Bu, gündəlik orta hesabla 5,8 milyon kubmetr qaz deməkdir. Suriyaya isə hesabat dövründə 1,2 milyard kubmetr qaz ixrac olunub ki, bu da gündəlik orta hesabla 4,4 milyon kubmetrə bərabərdir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu, gündəlik orta hesabla 138,5 milyon kubmetr qaz deməkdir. Hasilat ötən ilin eyni dövründəki 38,2 milyard kubmetrlə müqayisədə 0,8% azalıb.