Ənənəvi lampaların LED işıqlandırma ilə əvəzlənməsi təşviq ediləcək

Ənənəvi lampaların LED işıqlandırma ilə

Azərbaycanda mövcud binalarda ənənəvi işıqlandırmanın enerjiyə qənaət edən LED lampalarla əvəzlənməsi planlaşdırılır.

Monetar.az xəbər verir ki, bu tədbir “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda bina sektorunda enerji səmərəliliyinin artırılması istiqamətində nəzərdə tutulub.

Sənədə əsasən, mövcud binalarda LED işıqlandırmanın təşviqi ilə yanaşı, yeni tikinti layihələrində bu işıqlandırma növünün tətbiqinə dair məcburi qaydaların müəyyən edilməsi planlaşdırılır.

Bundan başqa, LED lampaların enerji qənaəti, kommunal xərclərin azaldılması və emissiyaların aşağı salınması baxımından üstünlükləri barədə ictimai maarifləndirmə kampaniyalarının təşviqi nəzərdə tutulur.

LED lampalar ənənəvi işıqlandırma vasitələri ilə müqayisədə daha az elektrik enerjisi sərf edə bilər. Buna görə də onların geniş tətbiqi elektrik istehlakının azaldılmasına yönələn tədbirlərdən biri kimi çıxış edir.