Azərbaycanda binalarda yüksək enerji səmərəliliyinə malik məişət cihazları və kondisionerlərdən istifadənin artırılması planlaşdırılır.
Monetar.az xəbər verir ki, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda köhnəlmiş cihazların daha səmərəli modellərlə əvəzlənməsi və yeni binalarda enerji səmərəliliyi tələblərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, mövcud binalarda beynəlxalq enerji səmərəliliyi standartlarına cavab verən cihazlardan istifadənin təşviqi, yeni binalarda isə yüksək səmərəli məişət texnikasının tətbiqi üçün qayda və təşviqlərin müəyyən edilməsi planlaşdırılır.
Köhnəlmiş cihazların daha səmərəli modellərlə əvəzlənməsi üçün təşviqlərin təqdim edilməsi, enerjiyə qənaət edən avadanlıqların qiyməti və ətraf mühitə faydaları barədə məlumatlılığın artırılması da tədbirlər sırasındadır.
Kondisionerlərlə bağlı ayrıca olaraq mövcud binalarda yüksək səmərəli sistemlərin istifadəsinin təşviqi, yeni tikililərdə enerji səmərəliliyi tələblərinin müəyyən edilməsi və köhnə cihazların daha qənaətcil modellərlə əvəzlənməsi nəzərdə tutulur.
Bu tədbirlərin həyata keçirilməsi elektrik enerjisi istehlakının optimallaşdırılmasına kömək edə bilər