Köhnə binaların izolyasiyası yaxşılaşdırılacaq, yenilər üçün standartlar müəyyənləşdiriləcək

Köhnə binaların izolyasiyası yaxşılaşdırılacaq,

Azərbaycanda yaşayış və kommersiya binalarında istilik izolyasiyasının yaxşılaşdırılması nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, bu tədbirlər “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda əksini tapıb.

Sənədə əsasən, mövcud yaşayış və kommersiya binalarında kifayət qədər izolyasiyanın təmin edilməsi, yeni tikililər üçün isə yüksək izolyasiya standartlarının müəyyənləşdirilməsi planlaşdırılır.

Bundan başqa, yaşayış, kommersiya, institusional və sənaye binalarında izolyasiyanın yaxşılaşdırılması üçün təşviqlərin təklif edilməsi nəzərdə tutulur.

İstilik izolyasiyası binalarda temperaturun qorunmasına kömək edir. Bu, soyuq havalarda qızdırılmaya, isti havalarda isə soyutmaya sərf olunan enerjiyə tələbatın azaldılmasına imkan verə bilər.