İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İrana qarşı siyasətini tənqid edərək, Vaşinqtonun İranı cəzalandırmaq istəyərkən yüksələn neft qiymətləri səbəbindən əslində özünə zərər vurduğunu bildirib.
Qalibaf sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumların qlobal enerji bazarına təsir etdiyini qeyd edib. O bildirib ki, İranı təzyiq altında saxlamaq cəhdləri nəticəsində neftin qiymətinin üçrəqəmli səviyyələrə yüksəlməsi ilk növbədə ABŞ və dünya iqtisadiyyatına əlavə yük yaradıb.
İran rəsmisi vəziyyəti istehzalı şəkildə "mükəmməl strategiya" kimi qiymətləndirib.
Qeyd edək ki, Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmadan sonra neft qiymətlərində eniş müşahidə olunsa da, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa etməsinin ardından qlobal bazarlarda neft yenidən bahalaşmağa başlayıb.
Monetar.az