Qalibaf: İranın neft sata bilmədiyi bölgədə heç kim neft sata bilməyəcək

Qalibaf: İranın neft sata bilmədiyi bölgədə

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İranın neft ixrac edə bilmədiyi bir bölgədə heç bir ölkə neft sata bilməyəcək.

Qalibaf sosial şəbəkə hesabında paylaşdığı açıqlamada təhlükəsizlik məsələsinə toxunaraq, "Ya hamımız təhlükəsiz olacağıq, ya da heç kim" ifadəsini işlədib.

Onun sözlərinə görə, İranın təhlükəsizliyi təmin edilmədiyi halda, bölgədəki heç bir infrastruktur təhlükəsiz olmayacaq. Qalibaf vurğulayıb ki, İranın neft sata bilmədiyi bir ərazidə digər ölkələrin də neft ixracı mümkün olmayacaq.

İran parlamentinin sədri həmçinin bildirib ki, Hörmüz boğazında təhlükəsizliyin bərpası ABŞ qüvvələrinin bölgədən çıxmasından asılıdır. O əlavə edib ki, boğazdakı vəziyyətin müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını dəfələrlə bəyan ediblər.

MONETAR.AZ