Niderlandda benzinin qiyməti tarixi maksimuma yüksəlib

Niderlandda benzinin qiyməti

Bu gün sentyabrın 2-də Niderlandda benzinin tövsiyə olunan pərakəndə satış qiyməti litr üçün 2,666 avroya yüksələrək tarixi maksimumu yeniləyib. Bu barədə "UnitedConsumers" platformasının məlumatlarına istinadən "NU.nl" xəbər verib.

Əvvəlki rekord mayın 6-da qeydə alınmışdı. Həmin vaxt bir litr benzinin qiyməti 2,646 avro təşkil edirdi. Dizel yanacağının qiyməti isə 2,633 avroya yüksəlib. Bu göstərici 8 aprel 2026-cı ildə qeydə alınan 2,819 avroluq rekord səviyyədən hələ də aşağıdır.

Məlumata görə, yanacaq qiymətlərinin kəskin bahalaşması fevralın sonunda başlayan İranla bağlı müharibə və Hörmüz boğazında gəmiçiliyin davamlı şəkildə pozulması nəticəsində dünya neft bazarında yaranan gərginliklə əlaqədardır.

May ayında Avropa İttifaqında yanacaq və sürtkü materiallarının qiyməti illik ifadədə 20,7% artıb. Ən yüksək bahalaşma Bolqarıstanda (33,9%), Lüksemburqda (32,2%), Litvada (30,8%) və Rumıniyada (30,4%) qeydə alınıb.

MONETAR.AZ