OPEC-də neft hasilatı kvotaları yenidən nəzərdən keçirilə bilər

OPEC-də neft hasilatı kvotaları yenidən nəzərdən

Yaxın Şərqdə regional münaqişələrin (xüsusilə regional gərginliklər və Hörmüz boğazının blokadası) neft bazarlarına vurduğu zərbələrdən sonra, kartel daxilində ciddi daxili böhran qeydə alınır. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən rəsmən ayrılmasından cəmi iki ay sonra, təşkilatın ikinci ən böyük istehsalçısı və beş təsisçi üzvündən biri olan İraq öz kvotalarının artırılması üçün rəsmi kampaniyaya başlayıb.

"Reuters" və "Bloomberg" agentliklərinin məlumatına görə, rəsmi Bağdad əvvəlcə karteli tərk edə biləcəyinə dair siqnallar versə də, İraqın Neft Nazirliyi sonradan bu iddiaları yumşaldaraq rəsmi mövqeyini açıqlayıb.

İraqın hazırkı mövqeyi ölkənin real hasilat ambisiyaları ilə OPEC-in müəyyən etdiyi çərçivələr arasındakı ciddi uçurumu ortaya qoyur. İraqın iyul ayı üçün rəsmi OPEC kvotası gündəlik 4.378 milyon barel müəyyən edilib. Lakin Hörmüz boğazındakı geosiyasi böhran və ixracın məhdudlaşması səbəbindən ölkənin faktiki hasilatı bu limitdən xeyli aşağı (təxminən 1.48 milyon barel) düşmüşdü.

 İraq hökumətinin rəsmi nümayəndəsi Heydər əl-Abudi bildirib ki, ölkə yaxın illərdə hasilat potensialını gündəlik 7 milyon barelə çatdırmağı hədəfləyir. Cari neft naziri Basim Məhəmməd Xudair isə artıq gələn il üçün kvotanın ən azı 5 milyon barelə qaldırılmasını tələb edir.

2026-cı ilin mayında ölkənin ən gənc hökumət başçısı kimi and içən Baş Nazir Əli Faleh əl-Zaidi (Əli Falih Kazım əl-Zaidi) post-müharibə dövründə İraq iqtisadiyyatını bərpa etmək üçün neft gəlirlərinə kəskin ehtiyac duyur.

Neft Nazirliyinin bəyanatında bildirilir ki, OPEC-in mövcud kvota sistemi üzv ölkələrin son 40 ildə üzləşdiyi müharibə, sanksiyalar və iqtisadi çətinlikləri (bərpa ehtiyaclarını) ədalətli şəkildə nəzərə almalıdır. Rəsmi Bağdad OPEC-dən çıxmaq variantını hazırda birbaşa müzakirə etmədiyini desə də, bu hədəni Səudiyyə Ərəbistanı qarşısında güclü bir danışıqlar rıçağı (leverage) kimi istifadə edir.

İraq on illərdir kartel daxilində "kvota pozucusu" (overproducer) kimi tanınsa da, post-müharibə dövrünün maliyyə böhranı ölkəni daha aqressiv addımlar atmağa vadar edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC elitası çətin seçim qarşısındadır: ya qiymətləri qorumaq üçün hasilat limitlərini sərt saxlayıb İraqı da itirmək, ya da İraqa daha çevik kvota rejimi (və yüngül cərimələr) təklif edərək bazarda neft bolluğuna və qiymətlərin bir qədər də ucuzlaşmasına göz yummaq.

MONETAR.AZ