Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkənin taleyində mühüm dönüş nöqtəsi oldu.
Həmin dövrdə mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşən Azərbaycan parçalanma və vətəndaş qarşıdurması təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və müstəqilliyin qorunması istiqamətində mühüm addımlar atıldı.
Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin möhkəmlənməsinin, milli birliyin və inkişafın əsasını qoyan əlamətdar gün kimi qiymətləndirilir.
Qeyd edək ki, 15 İyun 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
MONETAR.AZ