Almaniya milli futbol komandası dünya çempionatlarının final mərhələlərində vurulan qolların sayına görə yeni rekorda imza atıb.
Bu göstərici 2026-cı il dünya çempionatının E qrupunda Almaniyanın Kurasao yığmasını 7:1 hesabı ilə məğlub etdiyi oyundan sonra qeydə alınıb. ABŞ-ın Hyuston şəhərində yerləşən NRG Stadionunda keçirilən görüşdə Almaniya millisi mundiallar tarixində vurduğu qolların sayını 239-a çatdırıb.
Bununla da Almaniya yığması bu göstəricidə uzun illər lider olan Braziliya millisinin rekordunu geridə qoyub. Braziliya dünya çempionatlarının final mərhələlərində indiyədək 238 qol vurub.
Qeyd edək ki, futbol üzrə 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-dək davam edəcək.
MONETAR.AZ