Ankarada NATO-nun 36-cı sammiti başlayır

Ankarada NATO-nun

İyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada NATO dövlət və hökumət başçılarının 36-cı sammiti keçiriləcək.

Sammitdə NATO-ya üzv 32 ölkənin liderləri ilə yanaşı, Koreya Respublikasının Prezidenti Li Çje Myon, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edəcəklər.

Tədbirin əsas hissəsi Türkiyə Prezident Administrasiyası Kompleksində təşkil olunacaq. Sammit çərçivəsində liderlərin görüşləri, NATO-Ukrayna formatında xarici işlər nazirlərinin iclası, müdafiə sənayesinə həsr olunmuş forum və bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sammitin ilk günü ATO Konqres Mərkəzində Müdafiə Sənayesi Forumu ilə başlayacaq. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından iştirakçılar üçün rəsmi şam yeməyi də təşkil olunacaq.

Sammitin əsas iclası iyulun 8-də keçiriləcək. NATO-nun Baş katibi Mark Ruttenin iclasdan sonra mətbuat konfransı keçirməsi, daha sonra isə iştirakçı ölkələrin liderlərinin jurnalistlər qarşısına çıxması gözlənilir.

Tədbiri işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən 2500-dən çox jurnalist Ankaraya akkreditasiya olunub.

MONETAR.AZ