Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 7-də keçiriləcək. Parlamentin mətbuat xidmətindən bildirilib ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.
Gündəliyə "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Ümumi təhsil haqqında", "Gömrük tarifi haqqında", "Büdcə sistemi haqqında", "Yol hərəkəti haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət satınalmaları haqqında" və digər qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri daxildir.
Bundan başqa, deputatlar "Kraudfandinq haqqında" yeni qanun layihəsini, eləcə də Mülki, Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük və Miqrasiya məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihələrini müzakirə edəcəklər.
İclasda həmçinin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilmiş dəyişikliklərin icrası ilə bağlı bir sıra qanunvericilik aktlarına təklif olunan dəyişikliklərə də baxılması planlaşdırılır.
MONETAR.AZ