İraq ədalətli kvotaya nail olmaqla OPEC-də qalacaq

İraq ədalətli kvotaya nail olmaqla

İraq OPEK-də fəaliyyətini davam etdirəcək. Eyni zamanda təşkilat daxilində ölkə üçün daha ədalətli neft hasilatı kvotasının müəyyənləşdirilməsinə çalışacaq.

İraq Baş Nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, Baş nazir Əli əl-Zaidiy Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bildirib ki, Bağdad həm OPEK üzvlüyünü qoruyacaq, həm də ölkənin maraqlarına uyğun hasilat kvotasının əldə olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Bu açıqlama “Reuters” agentliyinin iyun ayında yaydığı məlumatdan sonra səsləndirilib. Həmin xəbərdə OPEK daxilində Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft hasilatçısı və təşkilatın beş təsisçi üzvündən biri olan İraqın, rəsmi Bağdada neft hasilatını əhəmiyyətli dərəcədə artırmağa icazə verilməyəcəyi təqdirdə, təşkilatdan çıxmaq variantını nəzərdən keçirdiyi iddia olunmuşdu.

MONETAR.AZ