"Porsche"nin istehsalat rəhbəri vəzifəsini tərk edəcək

"Porsche"nin istehsalat rəhbəri

"Porsche" şirkətinin istehsalat üzrə idarə heyətinin üzvü Albrext Reypold vəzifəsindən planlaşdırılandan daha tez ayrılacaq. Bu barədə Almaniyanın "Handelsblatt" nəşri şirkətin idarə heyəti və müşahidə şurasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, istehsalat istiqamətinə rəhbərlik edən Reypoldun 1 sentyabr tarixində vəzifəsini tərk edəcəyi gözlənilir.

Bununla da onun şirkətlə müqaviləsi rəsmi olaraq 2027-ci ilin əvvəlində başa çatmalı olsa da, istefası həmin müddətdən bir neçə ay əvvəl reallaşacaq.

Hazırda "Porsche" rəhbərliyi tərəfindən Reypoldun vəzifədən ayrılmasının səbəbləri və onu kimin əvəz edəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Alman mediasının məlumatına görə, rəhbərlikdə baş verən bu dəyişiklik şirkətin idarəetmə strukturunda növbəti yenilənmənin tərkib hissəsi kimi qiymətləndirilir.