Prezident İlham Əliyev səfirlərin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev səfirlərin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.

Monetar.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Daha sonra Prezident İlham Əliyev Kamboca Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Eyni zamanda ölkə başçısı Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

Səfir etimadnaməsini Prezidentə təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlərlə söhbət edib.