2026-cı ilin yanvar-iyun aylarının yekunlarına dair açıqlanan rəsmi makroiqtisadi göstəricilərə əsasən, Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi real ifadədə 0,8 % artaraq 65 milyard 207.0 milyon manat təşkil edib.
Hesabat dövründə neft-qaz sektoru üzrə ÜDM-də 0.7%-lik daralma (ümumi 19 milyard 610.5 milyon manat) qeydə alınsa da, qeyri neft-qaz ÜDM-i 1.5% artımla 45 milyard 596.5 milyon manata yüksəlib və ümumi iqtisadi artımı kompensasiya edib.
Sənaye sektorunda cəmi 33 milyard 071.0 milyon manatlıq məhsul istehsal olunub ki, burada da əsas hərəkətverici qüvvə 4.1%-lik real artım nümayiş etdirən qeyri neft-qaz sənayesi (10 milyard 769.6 milyon manat) olub.
Digər real sektor sahələrində də sabit dinamika qorunub: kənd təsərrüfatı məhsullarının istehsalı 2.2% artaraq 7 milyard 085.3 milyon manat, nəqliyyat və anbar təsərrüfatı xidmətləri 8.0% artımla 7 milyard 817.6 milyon manat, pərakəndə ticarət dövriyyəsi isə 3.7% artaraq 32 milyard 388.8 milyon manat olub.
MONETAR.AZ