Valyuta ehtiyatları iyunda 2,7 milyard dollar azalıb

Valyuta ehtiyatları iyunda

Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  bu, ötən il iyulun 1-nə nisbətən 10,4 % çoxdur. 

Azərbaycanın ümumi valyuta aktivləri ilk altı ayda 668.9 milyon dollar artıb.

Bununla belə, iyunda ölkənin strateji valyuta ehtiyatları 2 milyard 669,7 milyon ABŞ dolları azalıb.

2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

MONETAR.AZ