Azərbaycanın qeyri-neft ixracı 18,3 faiz artıb

Azərbaycanın qeyri-neft ixracı

Azərbaycanın qeyri-neft sektorunun ixracı 2026-cı ilin yanvar-iyul aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dollarına çatıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında bildirilib ki, göstəriciyə qeyri-monetar qızıl daxil edilməyib.

Təkcə iyul ayında qeyri-neft ixracı 15,8% artaraq 384,8 milyon dollar təşkil edib. Bunun 123 milyon dolları yeyinti, 261,8 milyon dolları isə qeyri-yeyinti məhsullarının payına düşüb.

Yanvar-iyul aylarında qeyri-yeyinti məhsullarının ixracında əsas artım pambıq ipliyi, bitki və heyvan mənşəli piy və yağlar, alüminium və ondan hazırlanan məmulatlar, pambıq lifi və qara metallar üzrə qeydə alınıb.