İsveçdə istehsalçı qiymətləri iyul ayında həm aylıq, həm də illik ifadədə artım nümayiş etdirib.
İsveç Statistika İdarəsinin məlumatına görə, istehsalçı qiymətləri indeksi iyulda əvvəlki ayla müqayisədə 0,1% yüksəlib. İllik ifadədə isə indeks 6,4% artıb.
Müqayisə üçün, iyun ayında istehsalçı qiymətləri aylıq ifadədə 0,1% artmış, illik artım isə 7,4% təşkil etmişdi.
Beləliklə, iyulda istehsalçı qiymətlərinin illik artım tempi əvvəlki ayla müqayisədə 1 faiz bəndi zəifləyib.
MONETAR.AZ