Bu ilin yanvar-avqust aylarında Azərbaycanın təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijüteriya və sikkələr üzrə ixracının dəyəri 3 milyard 744 milyon 711,63 min dollar təşkil edib.
Monetar.az Dövlət Gömrük Komitəsinin (DGK) verdiyi məlumata istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 dəfə və ya 3 milyard 531 milyon 867,94 min dollar çoxdur.
Hesabat dövründə Azərbaycanın bu məhsul qrupunda idxalının dəyəri isə 60 milyon 360,85 min dollar olub. Bu, illik müqayisədə 62,7 dəfə və ya 3 milyard 721 milyon 796,44 min dollar azalma deməkdir.
Yanvar-avqust aylarında sözügedən məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,53 faizini, ixrac isə ölkənin ümumi ixracının 17,17 faizini təşkil edib.