Braziliya hökuməti dövlət xərclərini azaltmağı planlaşdırır

Braziliya hökuməti dövlət xərclərini

Braziliya hökuməti dövlət xərclərini mövcud büdcə qaydalarının nəzərdə tutduğundan daha çox azaltmağa imkan verəcək yeni tədbirlər paketi hazırlayır. Gözlənilir ki, bu addımlar 2027-ci ildə ölkənin dövlət maliyyəsinin vəziyyətini 60 milyard real (10,8 milyard dollar) yaxşılaşdıracaq.

Bu barədə ölkənin planlaşdırma naziri Brunu Moretti çərşənbə günü Konqresdə keçirilən dinləmələrdə məlumat verib.

Nazirin sözlərinə görə, nəzərdə tutulan tədbirlərdən biri hökumətə zərurət yarandıqda büdcə xərclərinin əlavə dondurulmasını tətbiq etmək səlahiyyəti verəcək. Bu mexanizm real ifadədə xərclərin artımını 2%-lə məhdudlaşdırmağa imkan yaradacaq. Halbuki mövcud büdcə qanunvericiliyində bu hədd 2,5% müəyyən edilib.

Braziliyanın fiskal perspektivləri maliyyə bazarlarında narahatlıq doğurur. İnvestorlar dövlət borcunun daha dayanıqlı trayektoriyaya qaytarılması üçün Prezident Luis İnasiu Lula da Silvanın administrasiyasından xərclərin azaldılmasına yönəlmiş əlavə addımlar gözləyirlər.

Lulanın oktyabrın 25-də yenidən prezident seçilməsi ölkənin maliyyə bazarlarına mənfi təsir göstərib. Seçkidən sonra Braziliya realı ucuzlaşıb, uzunmüddətli faiz dərəcələri yüksəlib, fond bazarında isə mənfi dinamika müşahidə olunub.

Qeyd edək ki, Lulanın hazırkı prezidentlik müddətində Braziliyanın ümumi dövlət borcu ÜDM-ə nisbətdə 10 faiz bəndindən çox artaraq 82,9%-ə çatıb.

MONETAR.AZ