Bu gün Bakıda Dördüncü İqlim Həftəsi başlayır

Bu gün Bakıda Dördüncü

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək.

 Monetar.az xəbər verir ki, tədbir sentyabrın 7-dən 11-dək Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

 Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-da keçiriləcək.

 Tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.