ABŞ Federal Ehtiyat Sistemi (Fed) 2026-cı ilin oktyabr iclasında uçot faiz dərəcəsini 3,75–4% diapazonunda dəyişməz saxlayıb. Bu qərar bazar gözləntilərinə uyğun olub.
Monetar.az xəbər verir ki,bu qərardan əvvəl sentyabr ayında faiz dərəcəsi 0,25 faiz bəndi artırılıb. Bu, 2023-cü ildən bəri ilk faiz artımı olub.
Faizlərin dəyişməz saxlanılması kreditlərə, istehlak xərclərinə və investisiyalara təsir edə bilər. Yüksək faiz dərəcələri, adətən, borclanmanı bahalaşdıraraq iqtisadi fəallığı məhdudlaşdırır, aşağı faizlər isə kredit və investisiya imkanlarını genişləndirə bilər.
FED-in növbəti qərarları inflyasiyanın dinamikası və iqtisadi göstəricilərdən asılı olacaq.