Rəsmi ilkin qiymətləndirmələrə əsasən, Malayziya iqtisadiyyatı birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artıb. Lakin bəzi əsas sektorlarda aktivliyin azalması fonunda artım tempi əvvəlki rüblə müqayisədə zəifləyib.
Statistika Departamenti bildirib ki, yanvar–mart aylarında iqtisadi genişlənmə emal sənayesi, xidmətlər sektoru və tikinti sahəsində davamlı artım hesabına təmin olunub. Bununla belə, artım tempi 2025-ci ilin son rübü ilə müqayisədə aşağı olub.
2025-ci ilin dördüncü rübündə ÜDM 6,3% artaraq son üç ilin ən yüksək göstəricisini qeydə almışdı. Bu artım əsasən daxili tələbatın, ixracın və investisiyaların yüksəlməsi ilə bağlı olub.
Hesabat dövründə mədənçıxarma sektoru 1,1% azalıb ki, bu da əsasən xam neft və təbii qaz hasilatının azalması ilə izah olunur.
2025-ci il üzrə ümumilikdə Malayziya iqtisadiyyatı 5,2% artaraq gözləntiləri üstələyib. Bu nəticə ölkədə ticarət dövriyyəsinin və təsdiqlənmiş investisiyaların rekord səviyyəyə çatması ilə əlaqələndirilir.
MONETAR.AZ