Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5% səviyyəsində dəyişməz saxlanılıb.
Qərara əsasən, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində qorunub.
Mərkəzi Bankın məlumatına görə, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda qalması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu, daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınıb.