2026-cı il sentyabrın 1-nə Azərbaycanda vergi orqanlarında uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 722 min 227 nəfər təşkil edib. Onların 86,7 faizini fiziki şəxslər, 13,3 faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.
Monetar.az Dövlət Vergi Xidmətindən verilən məlumata istinadən xəbər verir ki , ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,7 faiz artıb. Bu müddətdə fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 5,8 faiz yüksəlib.
Sentyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 212 min 668-ə çatıb. Bu göstərici illik müqayisədə 6,6 faiz artım deməkdir.
Təkcə 2026-cı ilin avqustunda 1114 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Yeni qeydiyyatdan keçən müəssisələrin 85,4 faizi yerli, 14,6 faizi isə xarici investisiyalı olub. Kommersiya qurumlarının 79,7 faizi elektron qaydada qeydiyyatdan keçirilib.
2026-cı ilin yanvar-avqust aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi isə 96,6 faiz təşkil edib.
Sentyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin böyük əksəriyyəti — 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
