Bakıda bu prospektin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakıda bu prospektin bir hissəsində

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunda (Biləcəri enişi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən başlanılacaq. Məhdudiyyət təmir işləri başa çatana qədər qüvvədə olacaq.

Sürücülərə həmin müddət ərzində alternativ marşrutlardan istifadə etmələri, ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları tövsiyə olunur.