Bakıda daha 3 küçədə yol təmiri işləri başa çatdırılıb

Bakıda daha 3 küçədə yol təmiri işləri

Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən işlər davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın daha üç ünvanında yol təmiri işlərinin uğurla yekunlaşdırıldığını açıqlayıb.

Qurumun məlumatına görə, ötən həftəsonu Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində yol örtüyünün yenilənməsi üzrə təmir işləri həyata keçirilib.

Təmir prosesi gecə və gündüz saatlarında fasiləsiz şəkildə aparılıb. Görülən işlər nəticəsində sözügedən yol sahələrində nəqliyyat vasitələrinin hərəkətinin rahatlığı və təhlükəsizliyi artırılıb.

AAYDA bildirib ki, paytaxtın yol şəbəkəsinin müasirləşdirilməsi, yolların texniki vəziyyətinin yaxşılaşdırılması və hərəkət iştirakçıları üçün daha təhlükəsiz şəraitin yaradılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.