Aparılacaq təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, məhdudiyyət avqustun 28-i saat 22:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən həmin müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.