Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti

Paytaxtın bir sıra küçələrində aparılan və planlaşdırılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:

  • Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsi – 27 avqust saat 22:00-dan;
  • Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi – 27 avqust saat 22:00-dan;
  • Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi – 28 avqust saat 20:00-dan;
  • Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsi – 28 avqust saat 20:00-dan;
  • Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Üzeyir Bünyadzadə küçəsinədək olan hissəsi – 31 avqust saat 16:00-dan.

AAYDA sürücülərə göstərilən tarix və saatlarda alternativ marşrutlardan istifadə etməyi, həmçinin təmir işləri müddətində tətbiq olunan məhdudiyyətlərə anlayışla yanaşmağı tövsiyə edir.