ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin (NHTSA) bu gün yaydığı məlumata görə, “Lucid Group” yanğın təhlükəsi ilə əlaqədar ABŞ-də 27 185 ədəd “Air” lüks elektrik sedanını geri çağırır.
Geri çağırılma xarici işıqlandırma dövrəsinin həddindən artıq qızma ehtimalı olan avtomobillərə şamil edilir. Bu nasazlıq nəqliyyat vasitələrində yanğın riskini artıra bilər.
NHTSA avtomobil sahiblərinə problem aradan qaldırılanadək nəqliyyat vasitələrini küçədə və tikililərdən uzaqda saxlamağı tövsiyə edib.
Qurumun məlumatına görə, “Lucid” aşkar edilmiş nasazlığı aradan qaldıran proqram təminatı yeniləməsini artıq istifadəyə verib. Yeniləmə naqilsiz şəbəkə (OTA) vasitəsilə uzaqdan quraşdırıla bilir.
MONETAR.AZ