Bayram günlərində Bakı metrosu gücləndirilmiş iş rejimində çalışır

Bayram günlərində Bakı metrosu gücləndirilmiş

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı metropolitenində noyabrın 7-dən 10-dək gücləndirilmiş iş rejimi tətbiq edilir.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, həmin tarixlərdə qatarların hərəkəti istirahət günlərinin qrafikinə uyğun təşkil olunacaq.

Bayram günlərində sərnişin sıxlığının tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi cəlb ediləcək. Eyni zamanda, bu stansiyalarda nəzarət tədbirləri gücləndiriləcək.

Məlumata görə, “İçərişəhər–Həzi Aslanov” marşrutu üzrə hər iki istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə ilə 3 dəqiqə arasında dəyişəcək. Sərnişin axınının artacağı təqdirdə ehtiyat qatarlar da xəttə buraxılacaq.

Bənövşəyi xətdə qatarların hərəkəti bazar günü qrafiki əsasında təşkil ediləcək. Yaşıl xətdə isə mövcud hərəkət cədvəli dəyişdirilmədən saxlanılacaq.