Dünyanın müxtəlif şəhərlərində nəqliyyat sıxlığının səviyyəsi və insanların gündəlik gediş-gəlişə sərf etdiyi vaxt üzrə göstəricilər açıqlanıb. Bakı nəqliyyat sıxlığı indeksinə görə 341 şəhərin yer aldığı siyahıda 153-cü sırada qərarlaşıb.
Monetar.az xəbər verir ki, Numbeo portalının reytinqinə əsasən, nəqliyyat sıxlığının ən yüksək olduğu şəhər Nigeriyanın Laqos şəhəridir. Burada Traffic Index göstəricisi 348,5 bənd, gündəlik bir istiqamətli gediş-gəlişə sərf olunan orta vaxt isə 68,3 dəqiqə təşkil edib.
İkinci yerdə Kosta-Rikanın San-Xose şəhəri 327,6 indeks bəndi və 63,3 dəqiqəlik göstərici ilə qərarlaşıb. ABŞ-ın Los-Anceles şəhəri 314,1 bəndlə üçüncü, Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəri 302,8 bəndlə dördüncü, Şri-Lankanın Kolombo şəhəri isə 290,3 bəndlə beşinci olub.
Reytinqdə Bakı 146,1 indeks bəndi ilə 153-cü yerdə qərarlaşıb. Paytaxtda gündəlik bir istiqamətli gediş-gəlişə sərf olunan orta vaxt 37,9 dəqiqə göstərilib.
Keçmiş SSRİ və qonşu ölkələrin bəzi şəhərlərində göstəricilər belədir:
-
İstanbul (Türkiyə) - 233,8 bənd, 50,7 dəqiqə
-
Tehran (İran) - 251,7 bənd, 52,9 dəqiqə
-
Moskva (Rusiya) - 214,3 bənd, 50,5 dəqiqə
-
Kiyev (Ukrayna) - 178,3 bənd, 43,2 dəqiqə
-
Tbilisi (Gürcüstan) - 135,6 bənd, 38 dəqiqə
-
Almatı (Qazaxıstan) - 147,3 bənd, 38,2 dəqiqə
-
Daşkənd (Özbəkistan) - 130 bənd, 35,8 dəqiqə
-
Minsk (Belarus) - 114 bənd, 31,4 dəqiqə
-
İrəvan (Ermənistan) - 104,4 bənd, 30,5 dəqiqə