Beyləqan rayonunda istifadədə olan 5 köhnə avtomobilə aid qeydiyyat nişanları və texniki pasportlar itdiyi üçün etibarsız sayılıb.
Monetar.az xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin balansında və Beyləqan Rayon Mədəniyyət Mərkəzinin istifadəsində olan nəqliyyat vasitələrinə aid bir sıra sənədlərin və qeydiyyat nişanlarının itdiyi açıqlanıb.
İtmiş sənədlər və qeydiyyat nişanları aşağıdakılardır:
- 1989-cu il istehsalı “UAZ-3303 01” markalı, 11-AC-131 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanı;
- 1983-cü il istehsalı “UAZ-469” markalı, 11-AC-132 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanı və texniki pasportu;
- 1987-ci il istehsalı “UAZ-469” markalı, 80-20-AGO dövlət nömrə nişanlı avtomobilin texniki pasportu;
- 1987-ci il istehsalı “Kuban QAZ-52” markalı, 11-AC-073 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanı və texniki pasportu;
- 1988-ci il istehsalı “Kuban QAZ-53” markalı, 89-86-AGO dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanı və texniki pasportu.
Qeyd olunan sənədlər və dövlət qeydiyyat nişanları itdiyi üçün etibarsız hesab edilir.