Tramp İrana qarşı dəniz blokadasının bərpa olunduğunu açıqlayıb

 Tramp İrana qarşı dəniz blokadasının

ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadasının yenidən qüvvəyə mindiyini bəyan edib.

MONETAR.AZ xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada İrana məxsus gəmilərin və Tehran adından fəaliyyət göstərən qurumların Hörmüz boğazına giriş-çıxışının məhdudlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, digər ölkələrin gəmiləri Hörmüz boğazından sərbəst və maneəsiz istifadə edə biləcəklər.

ABŞ Prezidenti, həmçinin boğazdan keçən bütün yüklərdən 20 faiz həcmində keçid haqqının alınacağını açıqlayıb. Tramp bunu regionda təhlükəsizliyin təmin olunması ilə bağlı xərclərin qarşılanması zərurəti ilə əsaslandırıb.

Donald Tramp yeni tədbirlərin dərhal qüvvəyə mindiyini bildirib.