Türkiyədə Yavuz Sultan Səlim körpüsü 10 ildə 3 milyard qənaət edib
Türkiyədə Yavuz Sultan Səlim körpüsünün istismara verilməsindən ötən 10 il ərzində ümumilikdə 138 milyard lirə (təxminən 2,9 milyard dollar) qənaət edilib.
Monetar.az xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.
Nazirin sözlərinə görə, qənaətin 134 milyard lirəsi vaxta, 4 milyard lirəsi isə yanacağa qənaət hesabına formalaşıb.
Bundan əlavə, körpünün fəaliyyəti nəticəsində 180 min ton karbon emissiyasının qarşısı alınıb.
Yavuz Sultan Səlim körpüsü 26 avqust 2016-cı ildə istifadəyə verilib. Körpü İstanbulda nəqliyyatın yükünün azaldılmasına və şəhərin şimal hissəsində yerləşən İstanbul Hava Limanına daha sürətli və təhlükəsiz çıxışın təmin edilməsinə imkan yaradıb.
Qara dənizin Boğaziçi girişində, Şimali Mərmərə avtomobil yolu layihəsinin bir hissəsi kimi inşa edilən körpü İstanbulun Avropa tərəfindəki Sarıyer rayonunun Garipçe ərazisini Asiya tərəfində yerləşən Beykoz rayonunun Poyrazköy ərazisi ilə birləşdirir.