Xətai rayonunda 8 Noyabr prospektində təmir işləri aparılacaq

Xətai rayonunda 8 Noyabr prospektində

Bakının Xətai rayonunda yerləşən 8 Noyabr prospektinin müəyyən hissələrində sentyabrın 14-də cari təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri saat 09:00-dan etibarən həyata keçiriləcək.

Təmir müddətində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmur.

Sürücülərdən işlərin aparıldığı hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılmış yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.