Bakının Xətai rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sabahdan etibarən üç ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 12-si saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar aşağıdakı küçələrdə nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq:
- Abdulla Rəhimov küçəsi;
- İlqar Abbasov küçəsi;
- Həzi Aslanov küçəsi.
Məhdudiyyətlər təmir işləri tam başa çatdırılanadək qüvvədə olacaq.