Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəmərinin fəaliyyətini dayandırıb

Səudiyyə Ərəbistanı “Şərq-Qərb” neft kəmərinin

Səudiyyə Ərəbistanı Ər-Riyad və Mədinə regionlarında infrastruktura bir sıra hücumların həyata keçirilməsindən sonra “Şərq-Qərb” neft kəmərinin fəaliyyətini müvəqqəti dayandırıb.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, boru kəmərinin istismarı cümə axşamı səhər saatlarında baş verən hücumlardan sonra təhlükəsizlik məqsədilə profilaktik olaraq dayandırılıb. Hadisələr nəticəsində xəsarət alanlara tibbi yardım göstərilib.

Nazirlikdən bildirilib ki, qəza-xilasetmə və texniki qruplar hücumlara dərhal reaksiya verərək boru kəmərinin təhlükəsizliyinin təmin edilməsi və texniki vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər həyata keçiriblər.

Müvafiq tədbirlər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə, təsdiqlənmiş təhlükəsizlik prosedurları və fövqəladə hallara reaksiya planlarına uyğun olaraq aparılıb.

Energetika Nazirliyi vəziyyətlə bağlı yeni məlumatlar əldə olunduqca ictimaiyyətə əlavə açıqlamalar veriləcəyini bildirib.

MONETAR.AZ