Azərbaycan nefti bahalaşaraq 120 dolları ötüb

Azərbaycan nefti bahalaşaraq

Dünya bazarında Azərbaycan neftinin qiymətində artım davam edir. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 48 sent və ya 0,40 faiz bahalaşaraq 120,02 dollara çatıb.

Bununla da Azərbaycan neftinin qiyməti 120 dollar həddini yenidən keçib.

Qeyd edək ki, “Azeri Light” neftinin indiyədək qeydə alınan ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.