Yeni Günəşlidə 3 marşrutun hərəkət sxemi dəyişdirilib

Yeni Günəşlidə 3 marşrutun

Bakının Yeni Günəşli qəsəbəsində İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu səbəbdən 20, 55 və 104 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ küçələr üzrə təşkil olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, dəyişikliklər marşrutların dayanacaq məntəqələrinə və hərəkət istiqamətlərinə təsir edib.

Dəyişikliyə əsasən:

  • 20 nömrəli marşrutun başlanğıc dayanacağı Yeni Günəşli qəsəbəsində Surxay Noçuyev küçəsinə köçürülüb.
  • 55 nömrəli marşrutun son dayanacağı Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsində müəyyən edilib.
  • 104 nömrəli marşrut 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə hərəkət etdikdən sonra mövcud sxem üzrə fəaliyyətini davam etdirir.

Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə sərnişinlərə səfərlərini planlaşdırarkən marşrut dəyişikliklərini nəzərə almaları tövsiyə olunur.