McDonald’s Corp Honkonqda yerləşən daha bir restoranını 120 milyon Honkonq dollarına (15,3 milyon ABŞ dolları) satıb.
Hong Kong Economic Times qəzetinin bu gün yaydığı məlumata görə, söhbət Honkonqun Tsen Van (Tsuen Wan) rayonunda yerləşən restorandan gedir.
Həmin obyekt 1978-ci ildə Honkonqun Yeni Ərazilər (New Territories) rayonunda açılan ilk McDonald’s restoranı olub.
Şirkət bu daşınmaz əmlakı 1987-ci ildə 8 milyon Honkonq dollarına əldə edib. Beləliklə, obyektin satış qiyməti ilkin alış dəyərindən 15 dəfə yüksək olub.
Satış nəticəsində McDonald’s həmin daşınmaz əmlak üzrə təxminən 112 milyon Honkonq dolları məbləğində qiymət fərqi əldə edib.
MONETAR.AZ