Apple qatlanan iPhone Duo-da ekran nasazlığının səbəbini müəyyən edib

Apple qatlanan iPhone Duo-da ekran nasazlığının səbəbini

Apple şirkəti ilk qatlanan smartfonu iPhone Duo-nun displeyində yaranan nasazlıqların səbəbini müəyyənləşdirib. Bəzi cihazlarda ekranın sıradan çıxması və qrafik artefaktların əmələ gəlməsi şarnir mexanizmində istifadə olunan keyfiyyətsiz komponentlərlə əlaqələndirilir.

Çinli insayder Kang-ın məlumatına görə, qüsurlu materialları Apple-ın iki təchizatçısından biri göndərib. Bu səbəbdən şirkət cihazların seriya nömrələri əsasında kütləvi geri çağırılması variantını da nəzərdən keçirə bilər.

Bununla belə, Apple hələlik daha məhdud yanaşmaya üstünlük verir. Belə ki, nasazlıqla üzləşən istifadəçilərin müraciətləri əsasında servis mərkəzlərində problemli iPhone Duo modellərinin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.

Məlumata əsasən, displeydəki problemlər smartfonun iki hissəyə qatlanmasını təmin edən şarnir mexanizmindəki komponentlərin keyfiyyəti ilə əlaqədardır. Bu qüsur bəzi cihazlarda ekranın işinə mənfi təsir göstərərək görüntü pozuntularına səbəb olur.

Hazırda Apple-ın bütün cihazları əhatə edən geri çağırma qərarı vermədiyi bildirilir. Şirkətin yekun addımı ilə bağlı isə hələlik əlavə məlumat açıqlanmayıb.

iPhone Duo oktyabrın 23-də satışa çıxarılıb. Apple-ın ilk qatlanan smartfonunun ilkin satış qiyməti 1 999 dollar təşkil edib. Bu qiymət cihazı elektronika bazarının ən bahalı kütləvi istehlak məhsullarından birinə çevirib.

MONETAR.AZ